Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün Bakı rejimində İlahm Əliyevin bir başa nəzarəti ilə, Bakının Nardaran qəsəbəsində törədilən cinayət hadisəsindən sonra ŞƏRLƏNƏRƏK ölkənin Xırdalan, Lənkəran və digər rayonlarda müxtəlif günlərdə saxlanılan Şiə ruhaniləri İslamçıları olan Quran Hafizi Ruhani Hacı Zülfüqar Mikayılov, Ruhani Seyyid Elman Ağayev və digər 10 nəfərin “cinayət işi” üzrə ədalətsiz məhkəmənin hazırlıq iclası davam etdirilib.
Məlumata görə, ədalətsiz hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlər - Quran Hafizi Ruhani Hacı Zülfüqar Mikaylovun vəkili Rüstəm Zülfüqarov və Ruhani Seyyid Elman Ağayevin vəkili Akif Əliyev və digərləri vəsatətlə çıxış edərək, hüquqlarını müdafiə etdiyi şəxslər barəsində cinayət təqibinə xitam verilməsi, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması, prosesdə əlavə şahidlərin dindirilməsi barədə vəsatət qaldırıblar.
Rejim ənənəsinə əsasən “Məhkəmə Kollegiyası” qaldırılan vəsatətləri təmin etməyib. Əlavə şahidlərin çağırılması ilə bağlı qaldırılan vəsatət baxılmamış saxlanılıb. Cinayət işi məhkəmə baxışına verilib.
Növbəti qondarma məhkəmə baxışı fevralın 13-nə təyin edilib.
Xatırladaq ki, 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində qeyriqanuni həyata keçirdiyi əməliyyat nəticəsində “Müsəlman Birliyi” hərəkatının rəhbəri Tale Kamil oğlu Bağırov olmaqla bir neçə nəfəri yaralamış və həbs etmişdir. Polisin törətdiyi cinayət aktı zamanı 2 polis əməkdaşı, 4 qəsəbə sakini polis tərəfindən Şəhid olmuşdur.
Ramil Usubov həmin gün aztv kanalında verdiyi müsahibəsində isə bildirmişdir ki, prezident İlham Əliyevin tam nəzarəti ilə Nardaran əməliyyatında Tale Kamil oğlu Bağırov birgə Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu Mikayıov və digərləri saxlanılıb. Lakin məluma olduğu kimi, Zülfüqar Sədrəddin oğlu Mikayılov 26 Noyabr 2015 tarixdə Nardaran deyil məhz Xırdalanda yaşadığı şəxsi mənzilində Bakı vaxtı ilə 15:00 radələrində, Elman Seydəmir oğlu Ağayev isə Noyabırın 28-i 2015 tarixdə Lənkəran rayonu Digah kəndində yerləşən şəxsi mülkündə saxlanılıb.
Nardaran hadisələri ilə bağlı saxlanılan şəxslərin cinayət işi üzrə istintaq bir neçə yerə ayrılıb. Onlardan Taleh Bağırov və digər 18 nəfərin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses başa çatıb.
Taleh Bağırovun müavini olan Elçin Qasımov və digər 12 nəfərin cinayət işi üzrə istintaq isə bir müddət əvvəl yekunlaşıb. Onların da məhkəmə prosesi davam edir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır