Əhlibeyt (ə) Xəbər Agentliyi-ABu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədr müavini Elçin Qasımov, Nardaran hadisələri ilə bağlı saxlanılan Nahid Qəhrəmanov, Ağa-Əli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Report.az-n xəbərinə görə-iş hakimi Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Təqsirləndirin şəxslər elan olunmuş ittiham üzrə özlərini təqsirli bilmədiklərini deyiblər.
Məhkəmənin növbəti iclası yanvarın 19-na təyin edilib.
Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!