Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycan İslam Partiyasının sədr əvəzedicisi bir qrup heyət ilə, Böyük İslam Alimi, ictimai-siyasi xadim, Höccətül İslam vəl Muslimin Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar İran İslam Respublikasının Bakıdakı səfirliyində olublar.
Anım mərasiminə qatılan AİP-in sədr əvəzi Hacı İlham Əliyev və digər partiya funksionerləri Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə bağlı İslam İnqilabının Rəhbəri, Ayətullah-üzma, Vəliyi-fəqih Seyid Əli Xameneyi cənablarına və bütün İran xalqına başsağlığı verib.
Səfirlikdə AİP-in sədr əvəzedicisini və onunla birgə olan heyəti İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadə, Ayətullah-üzma, Vəliyi-fəqih Seyid Əli Xameneyinin Bakıdakı nümayəndəsi Seyyid Ocaq Nejat, İran İslam Mədəniyyət Mərkəzinin rəhbəri doktor İbrahim İbrahimi və digər rəsmilər qarşılayıblar.
Anım mərasimindən lentə alınan görüntülər oxuculara təqdim edilir:
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır