Əhlibeyt (ə) Xəbər Agentliyi-Səudiyyə Ərəbistanı rejimi Yəmənin şimalında yerləşən orta məktəblərdən birinə qırıcılardan zərbələr endirib.
Sənanın şimal-şərqində yerləşən məktəbə olunan hava zərbələri nəticəsində 8 mülkü vətəndaş həyatını itirib. Onlardan ikisi azyaşlıdır. Hadisə nəticəsində 15 yəmənli də müxtəlif bədən xəsarətləri alıb. Məktəb isə yararsız hala qalıb.
Diqqət! Xəbərdən istifdə etdikdə mənbəyə istinad lazımdır!