Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bu günlər İslam dünyasının tarixində İsa Peyğəmbərin (ə) mövlud günləri kimi qeyd edilir.
Qərb tarixçiləri və şərqşünaslar həmişə İsa Peyğəmbəri (ə) sırf irfani bir şəxs kimi tanıtdırmağa can atıb. Xristian mənbələri onun yalnız məhəbbətlə insanları xilas etmək üçün ezam edildiyini deyirlər. Beləcə Qərb dünyasında üzlətə çəkilən, ictimaiyyətin taleyyüklü məsələləri haqda rəy verə bilməyən və addım ata bilməyən bir din yaranıbdır.
Amma İslam dini tam əksinə ədalətli ictimaiyyətin qurulması üçün gəldiyini deyir:
“Biz elçilərimizi aydın dəlillərlə göndərdik və onlarla birlikdə Kitab və tərəzi nazil etdik ki, insanlar ədalətli olsunlar. Biz özündə çox böyük qüvvə və insanlar üçün mənfəətlər olan dəmiri də endirdik ki, Allah, (Onu) görmədən Ona və elçilərinə kömək göstərənləri üzə çıxartsın. Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir.”
Ümümdünya Müsəlmanlarının Ali Lideri, İslam İnqilabının Rəhbəri həzrət Ayətullah Seyyid Əli Hüseyni Xamenei dünya xristianlarına müraciətində buyurublar:
“Əgər İsa Peyğəmbər(ə) bizim aramızda olsaydı, bir an olsun belə zalımlarla, dünya hegemonları ilə mübarizə aparmaqdan əl çəkməzdi. O, böyük qüdrətlərin siyasəti nəticəsində milyardlarla insanın aclıq və səfalət çəkməsi müharibələrə və fəsada düçar olduqlarına görə ayağa qalxardı.”
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır