19 dekabr 2016 - 16:56
Rusiyanın Ankaradakı səfiri silahla vurulub

Hadisə fotosərginin açılışı zamanı baş verib

Əhlibeyt (ə) Xəbər Agentliyin verdiyi məlumata görə-Rusiyanın Türkiyədəki Səfiri Andrey Karlova Ankarada silahlı hücum olub. Hücum səfirin fotosərginin açılışında iştirak edərkən baş verib.

Cnnturk yazır ki, səfirdən başqa bir neçə nəfər də yaralanıb.

Əvvəlcə hücum edən şəxs havaya, sonra isə səfirə və yanındakı şəxslərə atəş açıb.

Karlovun vəziyyətinin ağır olduğu deyilir.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb. Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu şəxsən əməliyyata rəhbərlik etdiyini söyləyib.

Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!

Etiketlər