15 dekabr 2016 - 18:51
Pantürklərin Türkfobiyası. Ərdoğan Hələbin qisasını alır: Türk jurnalist Suriya ordusunu dəstəklədiyinə görə həbs oldu

Hüsni Mahali çərşənbə axşamı günü öz Twitter səhifəsində Fars körfəzinin ətrafındakı bəzi ərəb ölkələrinin Yəməni 20 aydır bombaladığını, lakin Türkiyə medialarının bu cinayətdən xəbəri olmadığını qeyd edərək xatırladıb: Suriya ordusu Hələbi terrrorçulardan təmizləyir. Lakin Türkiyə medialarında qiyamət qopub.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, türkiyəli jurnalist Hüsni Mahali, Suriya ordusunun Hələbdə terrrorçulara qarşı əməliyyatını dəstəkləyən məqalə yazdığına görə Türkiyə məmurları tərəfindən həbs edilib.

Hüsni Məhəlli çərşənbə axşamı günü öz Twitter səhifəsində Fars körfəzinin ətrafındakı bəzi ərəb ölkələrinin Yəməni 20 aydır bombaladığını, lakin Türkiyə medialarının bu cinayətdən xəbəri olmadığını qeyd edərək xatırladıb: Suriya ordusu Hələbi terrrorçulardan təmizləyir. Lakin Türkiyə medialarında qiyamət qopub.

Türkiyəli məmurlar Hüsni Mahalinin bu açıqlamasını Türkiyə dövlət rəsmilərinə hörmətsizlik hesab edərək onu həbs ediblər (!).

Qeyd edək ki, son məlumata görə, İstanbulda həbs edilən jurnalist Hüsni Mahali İstanbul Baş Polis idarəsində qəfildən halı pisləşib. Onu Cərrahpaşa Tibb Universiteti xəstəxanasına aparıblar. Burada ilk tibbi yardım göstərilən jurnalistin Nevroloji şöbədə müalicəsi davam etdirilir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags