6 dekabr 2016 - 20:39
Putindən İrana gizli məktub

Məktub, Rusiyanın Suriya işləri üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiyev tərəfindən Ruhaniyə verildi.

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - Rusiya Dövlət Başçısı Vladimir Putin, İrana xüsusi bir məktub yazıb. Məktubun İrana göndərildiyi Rusiya tərəfindən təsdiqlənib.

Məktub Rusiyanın Suriya xüsusi nümayəndəsi Aleksandr Lavrentiyev tərəfindən Ruhaniyə verilib.

Məktubun göndərildiyi Kremlin spikeri Dmitri Peskov tərəfindən təsdiqlənsədə, Peskov məktubun detallarını açıqlamayacağını ifadə etdi.

İran Xarici işlər nazirliyi spikeri Bəhram Qasımi də məktubu təsdiqləyərək, məktubun "İranın siyasi liderlərinə aid" olduğunu bildirdi.

Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!