1 dekabr 2016 - 12:06
Doktor Mövsüm Səmədov Qobustan Q. T-dan çlxarılan kimi 12 saylı CÇM-in karsına salınıb

Yalçın İmanov qeyd etdi ki, hər hansı bir məhbus CÇM-də yalnız daxili nizam intizam qaydaları pozarkən karsa salına bilər.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, AİP lideri Mövsüm Səmədov noyabr ayının 29-u saxlanıldığı Qobustan Qapalı Təcridxanasından 12 saylı Cəza Çəkmə Müəssisəsinə köçürülüb.

Bu barədə Mövsüm Səmədovun yaxınları məlumat veriblər. Verilən məlumatda o qeyd edilib ki, AİP lideri 12 saylı CÇM-nə aparılan kimi heç bir səbəb göstərilmədən 15 günlük karsa salınıb.

Hal-hazırda Mövsüm Səmədovun vəkili Yalçın İmanov müvəkkili ilə görüşə bilmir. Buna səbəb isə Penitensiar Xidmət tərəfindən verilən görüş icazəsinin yalnız Qobustan Qapalı Tipli Təcridxanasına aid olması ilə bağlıdır. Vəkil CÇM-də görüş üçün bu gün Penitensiar Xidmətə rəsmi müraciət ünvanlayacaq.

Yalçın İmanov qeyd etdi ki, hər hansı bir məhbus CÇM-də yalnız daxili nizam intizam qaydaları pozarkən karsa salına bilər.

Qeyd edək ki, AİP lideri Mövsüm Səmədov kimi şəxsin həbsxana daxilində hər hansı nizam intizam qaydalarını pozması inandırıcı deyil.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags