Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - ABŞ-lı səlahiyyətlilər Hormoz Boğazında bir İran gəmisinin, 26 noyabr tarixində ABŞ donanmasına aid vertolyota atəş açdığını açıqladı.
İrandan isə hələ mövzuyla əlaqədar bir şərh gəlməyib.
İran Dəniz Qüvvələri Komandiri Habibullah Səyyari bir neçə gün əvvəl etdiyi şərhdə, "İranın beynəlxalq sularda olmasını mane olacağıq" sözünə cavab olaraq; bu sözün qarşısında yalnız gülürük. Amerika özünü dünyanın sahibi olaraq görsə də biz, Amerikanı əsla belə görmürük. Onların beynəlxalq sular mövzusunda qərar vermə haqqları yoxdur və bizimde belə sözlər qarşısında cavabımız aşuradan aldığımız dərslər olacaq. Biri bizim beynəlxalq sulara daxil olmağımıza mane olarsa, biz də onun beynəlxalq sularda olmasına mane olarıq. "demişdir.
Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!