Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, noyabrın 25-də yerli vaxtla axşam radələrində Kuba inqilabının anti-imperialist lideri Fidel Kastro 90 yaşında vəfat edib.
Dövlət başçısı Raul Kastro qardaşı Fidel Kastronun vəfatıyla bağlı xalqa müraciət edib: "İnqilab liderinin razılığıyla onun cənəzəsi yandırılacaq. Dəfn haqqında yaxın saatlarda məlumat veriləcək".
Qeyd edək ki, Fidel Kastro ötən əsrin 50-ci illərində Amerika Birləşmiş Ştatlarının bölgədə icraçı “çinovnik”i olan Fulxensio Batista diktator rejiminə qarşı mübarizəyə başlayıb. 1959-cu ildə inqilabın qələbəsindən sonra ölkəyə rəhbərlik edib. 2006-cı ildə səhhətində problemlər yaranıb və 2 il sonra səlahiyyətlərini qardaşı Raul Kastroya verib. 13 avqustda Fidel Kastronun 90 yaşı qeyd edilib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır