Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ, Qərb dövlətləri və Rusiyadan gələrək Fələstin torpaqlarını işğal etmiş sionist apartayt rejiminin “baş naziri” Benyamin Netanyahunun Azərbaycana rəsmi səfərinin dəqiq tarixi məlum olub.
Diplomatik mənbə APA-ya təsdiqləyib ki, baş nazir Azərbaycana dekabrın 13-də gələcək. B. Netanyahu Azərbaycanda bir gün qalacaq, növbəti gün Qazaxıstana yola düşəcək.
Bu, B. Netanyahunun baş nazir kimi hər iki ölkəyə ilk səfəri olacaq.
Azərbaycana səfəri zamanı o, prezident İlham Əliyevlə görüşəcək. Və bir sıra sənədlər imzalanacaq.
Qeyd edək ki, işğalçı rejimin Azərbaycandakı qeyrileqal səfirliyi də səfərin dekabr ayında gerçəkləşəcəyini təsdiqləsə də, lakin dəqiq tarixi bildirilməyib.
Xatırladaq ki, Benyamin Netanyahonun Bakıya səfərindən öncə Bakının mərkəzində insanlıqdan uzaq olan “LGBT”-lər üçün “kafe” açılır. Çünki sionist rejim dünyada “LGBT”-lərin mərkəzi və əsas dəstəkləyicisi sayılır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır