23 noyabr 2016 - 20:43
Mosulun digər bölgələrlə əlaqəsi kəsildi

İraq Könüllü Xalq Gücləri, Mosulun qərbində başlatdıqları əməliyyatın 4-cü mərhələsində Mosulun bütün bölgələrlə əlaqəsinin kəsildiyini açıqladı.

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - İraq Könüllü Xalq Gücləri, Mosulun qərbində başlatdıqları əməliyyatın 4-cü mərhələsində Mosulun bütün bölgələrlə əlaqəsinin kəsildiyini açıqladı.

İraq Könüllü Xalq Gücləri İnformasiya Xidmətinin xəbərinə görə Xalq Güclərinin komandirlərindən Əbu Mehdi əl-Muhendis, əməliyyatın dördüncü mərhələsinin müvəffəqiyyətlə tamamlandığını və bu mərhələ üçün nəzərdə tutulan bütün hədəflərə çatıldığını açıqladı.

Könüllü Xalq Gücləri Heyəti sədrinin müavini Əbu Mehdi əl-Muhendis, "güclərimiz Sincar bölgəsində Peşmerge gücləri ilə görüşərək Qərbi Mosul əməliyyatının 4-cü mərhələsini tamamlamış oldu. Beləcə Mosulun digər bütün bölgələrlə əlaqəsi kəsildi " deyə bildirib.

Bu son əməliyyatın ardından işid üçün yalnız Telafər-Mosul yolunun qaldığını ifadə edən Əbu Mehdi əl-Muhendis, bu yolun da ən qısa müddətdə nəzarət altına alınacağını söylədi.

Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!