Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - İraq Könüllü Xalq Gücləri, Mosulun qərbində başlatdıqları əməliyyatın 4-cü mərhələsində Mosulun bütün bölgələrlə əlaqəsinin kəsildiyini açıqladı.
İraq Könüllü Xalq Gücləri İnformasiya Xidmətinin xəbərinə görə Xalq Güclərinin komandirlərindən Əbu Mehdi əl-Muhendis, əməliyyatın dördüncü mərhələsinin müvəffəqiyyətlə tamamlandığını və bu mərhələ üçün nəzərdə tutulan bütün hədəflərə çatıldığını açıqladı.
Könüllü Xalq Gücləri Heyəti sədrinin müavini Əbu Mehdi əl-Muhendis, "güclərimiz Sincar bölgəsində Peşmerge gücləri ilə görüşərək Qərbi Mosul əməliyyatının 4-cü mərhələsini tamamlamış oldu. Beləcə Mosulun digər bütün bölgələrlə əlaqəsi kəsildi " deyə bildirib.
Bu son əməliyyatın ardından işid üçün yalnız Telafər-Mosul yolunun qaldığını ifadə edən Əbu Mehdi əl-Muhendis, bu yolun da ən qısa müddətdə nəzarət altına alınacağını söylədi.
Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!