Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - Mosulu terror təşkilatı İŞİD-dan qurtarma əməliyyatı çərçivəsində 52 terroristin zərərsizləşdirildiyi bildirildi.
İraq ordusunun, Mosulun şərq və qərb tərəflərindən İŞİD mövqelərinə intensiv hava hücumları təşkil etdiyi bildirildi.
Orduya bağlı təyyarələrin Mosulun şərq və qərbinə istiqamətli hava hücumlarında 26 terroristin təsirsiz hala gətirildiyi ifadə edildi.
Daxili İşlər Nazirliyinin yazılı açıqlamasında da Mosulun cənub hissəsindəki hava hücumlarında 17 quldurun öldürüldüyü, təşkilata aid 4 vasitənin yararsız hala gətirildiyi bildirilib.
Digər tərəfdən, Haşdi Şabi'nin yazılı şərhində isə Kayyare nahiyəsinin qərb hissəsində İşid mənsublarına, silahlı hücum təşkil edildiyi, ardından yaşanan qarşıdurmada 4 terroristin təsirsiz hala gətirildiyi qeyd edilib.
Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!