16 noyabr 2016 - 14:24
Həmas: Azadlıq üçün tək variantımız müqavimətdir

İslami Müqavimət Hərəkatı (Həmas), Fələstin torpaqlarının azad edilməsi, müqəddəs məkanların qurtarılması və qaçqınların geri dönüşü üçün müqavimətin yeganə yol olduğunu bildirib.

Əhlibeyt (ə.s) Xəbər Agentliyinin verdiyi mlumata görə - İslami Müqavimət Hərəkatı (Həmas), Fələstin torpaqlarının azad edilməsi, müqəddəs məkanların qurtarılması və qaçqınların geri dönüşü üçün müqavimətin yeganə yol olduğunu bildirib.  

Həmas dünyaya səslənərək, işğalçı rejiminin 2012 və daha sonrakı döyüşlərdə dağıdılmış şəhərlərin yenidən bərpasının lazım olduğunu bildirib.
Həmas rəsmisi, başda döyüşdə şəhid olan komandir Əhməd Əl-Caberi olmaq üzrə bütün şəhidlərə rəhmət,yaralı olanlara da təcili şəfa tapmaları üçün dua etdi.

14 Noyabr 2012 tarixində Qəzzanı havadan, dənizdən və qurudan bombalayan işğalçı güclər,  bu döyüşdə Qəssam Briqadaları Baş qərargah Başçısı Əhməd Əl-Ca'beri olmaqla yüzlərlə günahsız insanı şəhid etdilər. Döyüş 21 Noyabrda atəşkəslə sona çatdı.
1500 hücum reallaşdıran işğal gücləri 45i uşaq, 15-i qadın və 18-i yaşlı olmaqla 175 nəfəri şəhid edib, 1222 nəfəri də yaraladılar.


abna24.com/Diqqət! Xəbərədn istifadə etdikdə mənbəyə istinad lazımdır!