Əhlibeyt (ə) Xəbər Agentliyi - Kərbəlada bir intihar hücumu olduğunu bildirdilər.
İraq mənbələri Kərbəlanın 120 km uzaklığında olan Aynut-təmrin bölgəsində bu gün bir intihar hücumunun baş tutduğunu və bu hücum nəticəsində 8 nəfərin şəhid olduğunu bildirdilər.
Bu səhər 6 intiharçının bölgədə intihar hücumu planladıqlarını və bunlardan beşinin öldürüldüyünü, ancaq onlardan birinin axtarış nöqtələrindən keçərək özünü şəhər meydanına çatdırdığını və xalqın içində intihar hücumunu reallaşdırdığını bildiriblər.
Bu arada əl-Cəzirə kanalı bu intihar hücumunda 11 adamın şəhid olduğunu və bunlardan beşinin təhlükəsizlik mənsubları olduğunu bildirdi.
ABNA24.COM-Diqqət! Xəbərdən istifadə etdikdə istinad lazımdır!