8 noyabr 2016 - 19:54
İxvançılar Qətərdə Səudiyyəlilərlə görüşdü.

Xəbərə görə İxvan liderləri, görüşdə başda Suriya və Yəmən olmaqla bir çox regional məsələdə Səudiyyə Ərəbistanının fikirlərini paylaşdıqlarını söylədilər.

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - Misirdəki Müsəlman Qardaşlar təşkilatına mənsub bəzi liderlərin, Qətərin paytaxtı Dohada Səudiyyə səlahiyyətlilərlə görüşdüyü bildirildi.

Misirdə yayımlanan Sürüm qəzeti, Müsəlman Qardaşlar təşkilatına mənsub bəzi liderlərin Səudiyyədə görüşündən ötən həftə keçmiş Qətər Əmri Xəlifə bin Hamad Al-i Sanının cənazə mərasimi sonrasında reallaşdığını yazdı.

Misirlə Səudiyyə Ərəbistanı arasındakı əlaqələrin son dövrdə pozulduğuna diqqət çəkərək İxvançılar ilə Səudiyyəlilər arasındakı görüşdə iki tərəfin bir-birinə yaxınlaştırılmasına səbəb olduğu bildirilir.

Xəbərə görə İxvan liderləri, görüşdə başda Suriya və Yəmən olmaqla bir çox regional məsələdə Səudiyyə Ərəbistanının fikirlərini paylaşdıqlarını söylədi.

Eyni qaynaqlar, Müsəlman Qardaşların təmsil edən bir heyətin daha əvvəl də aralarında Pakistanın (Camaat-ı İslami) da olduğu bəzi ölkələri ziyarət edərək İran mövzusunda Səudiyyə Ərəbistanının mövqeyini dəstəklədiklərini ifadə etdiklərini bildirdi.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 2015-ci ildə Müsəlman Qardaşların terror təşkilatları siyahısına almışdı.

abna24.com-diqqət! xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!