30 oktyabr 2016 - 16:10
Lazım olsa Mosuldan sonra Suriyaya gedərik!

İraq xalq güclərinin Haşdi Şabi Komandirlərindən olan Falih Fəyyaz, Mosulu qurtardıqdan sonra lazım olsa Suriyaya köməyə gedə biləcəklərini açıqladı.

Əhlibeyt(ə) Xəbər Agentliyinin farsnews-a istinadən verdiyi məlumata görə-Haşdi Şabi komandirlərindən və İraq rəhbərliyinin milli təhlükəsizlik məsləhətçisi Fəyyaz, böyük bir ehtimalla Mosulu qurtardıqdan sonra İŞİD terroristləri ilə mübarizənin davamında Suriyaya gedəcəklərini ifadə etdi.

Milli təhlükəsizlik problemləri başlıqlı bir iclasda danışan Fəyyaz, Mosul əməliyyatı 45 min nəfərlik İraqlı güclərlə başladığını və indiyə qədər də böyük irəliləmələr etdiklərini vurğuladı.

Mosuldan sonra Suriyada terroristlərin işğalı altında olan bölgələrə girmək məcburiyyətində qalacaqlarını qeyd etdi.

abna24.com