13 oktyabr 2016 - 14:24
Ərdoğana İraqdan bir şok daha: "Seraya AŞURA" gücləri Mosulun girişinə çatdılar / FOTO

"Seraya Aşura" gücləri Mosul əməliyyatında fəal iştirak üçün son hazırlıqlarını etdilər.

Abna - Seraya Aşura gücləri, Haşdi Şabi ünvanıyla tanınan İslami müqavimət könüllü xalq qüvvələrinin ilk qrupu olaraq Mosul ətrafına çatdı.

Bu qrup, İraq İslami Ali Məclisinə bağlıdır.

Seraya Aşura qrupunun verdiyi məlumata görə Seraya Aşura gücləri Mosul əməliyyatında fəal iştirak üçün son hazırlıqlarını etdilər.

 Bu qrup Fəlluca əməliyyatından əvvəl Bağdadın qərbində Saklaviye bölgəsində yerləşmişdi. Bu qrup bu əhəmiyyətli və strateji bölgəni Fəlluca əməliyyatı başladıqdan sonra qurtarmağı bacarmışdı.