Sumqayıtda yaşayan Elşən Məmmədov: “Bu gün səhər qızımı və digər bir neçə hicablı xanımı universitetə buraxılmayıblar. Onlardan başlarını açaraq dərsə girmələri tələb olunur”.
Məsələ ilə bağlı Sumqayıt Dövlət Universitetinin tərbiyəvi işlər üzrə prorektoru Nizami müəllimlə əlaqə saxladıq və ölkədə hicaba qadağa olmadığı halda həmin birinci kurs tələbələrin dərsə niyə buraxılmamasının səbəbini soruşduq. “Həmin tələbələr şəxsiyyət vəsiqəsində başı açıqdır və universitetdədə başı açıq olmalıdır”, -deyə cavab verən Nizami müəllim, "tədbir var gecikirəm" -deyərək telefonu söndürdü.