1 oktyabr 2016 - 18:22
Yəmən dağıdıcı gücə malik yeni raketini nümayiş edib.

Yəmən ordusu yeni bir raketini nümayiş edib.

Yəmən ordusu yüksək dağıdıcı gücə malik  yeni bir raketini nümayiş edib. FaktXəbər-in verdiyi məlumata görə, yeni sistemin  tamamən yerli istehsal olduğun bildirilib.
 
Bununla bağlı yayılan bəyanatda deyilib ki, xalqın  müqaviməti, sabitliyi və şəhidlərinin qanına  olan vəfası ilə bağlı yaxınlaşan Yəmənin suverenlik və müstəqillik günü münasibəti ilə, cəbhə xəttinə döyüş raketləri gətirilib
 
Yayılan məlumata görə, Səmud raketi 4 metr uzunluğunda və 555 mm diametrdədir. Başlıqları 300 kq və çəkisi də 1 ton ağırlığında olan bu raketlər  38 km mənzillidir.