26 sentyabr 2016 - 14:56
ABŞ-da "Müsǝlman Günü" yürüşü keçirildi

Tǝdbirǝ bir çox ölkədən ABŞ-a köç etmiş müsəlmanların dini rǝhbǝrlǝrindǝn başqa digər dinlərə mənsub din adamları, Nyu-York məclis sədri Melissa Mark Viverito, dövlǝt müfəttişi Letitia Ceyms də qatılıb.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Amerika Birləşmiş Ştatlarının Nyu-York ştatında sayca 31-ci "Müsəlman Günü" yürüşü tǝşkil edilib.

“Allah və Ölkə Üçün” adı verilǝn və ABŞ-dakı müsəlmanların iştirakı ilə Manhettendə tǝşkil edilǝn yürüşǝ qatılanlar sülh mesajları yazılmış plakatlar açıb və müsəlman ölkələrinin bayraqlarını qaldırıblar.

Tǝdbirǝ bir çox ölkədən ABŞ-a köç etmiş müsəlmanların dini rǝhbǝrlǝrindǝn başqa digər dinlərə mənsub din adamları, Nyu-York məclis sədri Melissa Mark Viverito, dövlǝt müfəttişi Letitia Ceyms də qatılıb.

Yürüşə müdaxilə edilməyib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır