Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriya Milli Ordusu müxtəlif bölgələrdə sionist israil, ABŞ, Türkiyə, Qərb və Səudiyyə tərəfindən dəstəklənən işid, nusra cəbhəsi və s. adlar altında fəaliyyət göstərən çoxmillətli terroristlərə qarşı apardıqları əməliyyatlarda onlarla yabançı terrorçu olmaqla zirehli maşın və silah-sürsatlarını darmadağın ediblər.
SANA-ya şərh edən hərbi qaynaq bildirib: “Hama rayonunun şimalında Türkiyə və Səudiyyə Ərəbistan rejimlərinə tabe olan terrorçü ünsürlər, əl-Qaidə terror təşkilatının Suriya qolu Nusra Cəbhəsinin üzvləri Ray dağı ətrafında, həmçinin Mean, Tıybat əl İsm, Krah və Saita qəsəbələri yaxınlığında hücuma cəhd edərkən Suriya Milli Ordusu tərəfindən məhv edilib.”
Hərbi resurs qarşıdurmalarda 70 terroristin öldürüldüyü, onlarla terrorçunun yaralı düşdüyünü ifadə edərk, düşmən qüvvələrinə aid ağır silahlarla təchiz edilmiş 5 avtomobilin darmadağın edildiyini də bildirib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır