23 fevral 2016 - 11:58
İlham Əliyevin Tehranda rəsmi qarşılanma mərasimi - Foto

İslam Respublikasının Prezidenti Höccətül İslam vəl Müslimin Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İSlam Respublikasına səfər etmiş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tehranda rəsmi qarşılanma mərasimi olub.

İ. Əliyev süvari dəstəsinin müşayiəti ilə “Sədabad” sarayına gəlib.

İİR və Azərbaycanın dövlət bayraqlarının dalğalandığı “Sədabad” sarayının qarşısındakı meydanda Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İslam Respublikasının Prezidenti Höccətül İslam vəl Müslimin Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır