7 sentyabr 2015 - 12:56

İspaniya polisi İŞİD terror təşkilatı üçün adam toplayan 18 yaşlı Mərakeş vətəndaşı olan bir nəfər qızı həbs edib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İspaniya polisi İŞİD terror təşkilatı üçün adam toplayan 18 yaşlı Mərakeş vətəndaşı olan bir nəfər qızı həbs edib.
Raja adlı mərakeşli qadın İspaniyada internet vasitəsilə İŞİD üçün silahlı adam toplayırmış.
Polisə ifadə verən İŞİD-çi qadın gizli planlarını etiraf edib. Uzun müddətdir İspanyada yaşasa da, üzərində aparılan axtarış zamanı onunMərakeş pasportu daşıdığı məlum olub.
Xatırladaq ki, son 1 ildə İspaniyada xeyli adam İŞİD-ə qoşulmaq və dəstək verməkdə günahlandırılaraq həbs olunub. İspaniya polisi isə bəyan edib ki, hazırda 100-ə yaxın İspaniya vətəndaşı İŞİD-ə qoşulmaq üçün ölkəni tərk edib. Hökumət həmin şəxslərin ölkəyə qayıtdıqdan sonra təhlükə yaradacağından narahatdır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər