30 aprel 2015 - 12:24
 İranın Əlborz esminesi Babul-Məndəbdə iştirak edir

İran İslam Respublikası ordusu Dəniz Qoşunları komandanı Əlborz esminesinin Babul-Məndəb boğazında reyd keçirdiyini bildirib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İran İslam Respublikası ordusu Dəniz Qoşunları komandanı Əlborz esminesinin Babul-Məndəb boğazında reyd keçirdiyini bildirib

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, kontr-admiral Həbibullah Səyyari cümə axşamı günü İran ordusu Dəniz Qoşunlarının gəmi qrupunun Ədən körfəzindəki iştirakı ilə əlaqədar xəbərlər barəsində deyib: İranın Dəniz Qoşunlarının gəmi qrupları Ədən körfəzi və Babul-Məndəb boğazında 34-cü iştirakını təcrübə edir.

İran ordusu Dəniz Qoşunları komandanı əlavə edib: Bu qüvvələr beynəlxalq qanunlara əsasən beynəlxalq sularda iştirak edir və İranın milli və iqtisadi mənafeyi istiqamətində ticarət gəmilərini müdafiə edir və reydlər keçirir.

Admiral Səyyari söyləyib: İran İslam Respublikası ordusu Dəniz Qoşunları 34-cü gəmi qrupunun vəzifəsi başa çatdıqdan sonra 35-ci gəmi qrupu bu bölgəyə ezam olunacaq.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər