Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikası Ordusunun Xatəmulənbiya HHM Qəragahının komandanı deyib ki, heç vaxt Amerika ilə heç bir saziş əldə olunmayacaq
Fars xəbər agentliyinin məlumatına görə, İran İslam Respublikası Ordusunun Xatəmulənbiya HHM Qəragahının komandanı general-mayor Esmaili bu gün Tehranda Ayətullah İrəvani Dini Elmlər Hövzəsinin ruhaniləri və dini tələbələri qarşısında İranın altılıq qrupu ilə nüvə müzakirələrinə toxunaraq, əlavə edib: İranın bu müzakirələrdə iştirakı İran İslam Respublikasının haqlılığının aydınlaşması üçündür.
İran İslam Respublikası Ordusunun Xatəmulənbiya HHM Qəragahının komandanı deyib ki, Xatəmulənbiya HHM Qəragahının əməliyyat nəzarəti altında olan sepah və ordunun HHM sistemləri nüvə mərkəzlərini qoruyurlar. O, bildirib: Bir zaman deyirdilər ki, İranın radardan yayınan B2, RQ və Hermes təyyarələrini aşkarlamaq qüdrəti yoxdur, amma İranda nəzarət radiusu 3 min kilometr olan radar sistemləri istehsal olunub.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır