28 aprel 2015 - 01:50
Bağdadda baş verən partlayışlarda 20 nəfər ölüb

Partlayışlardan ən güclüsü şəhərin qərb hissəsində, ticarət məhəlləsində törədilib. Burada 10 nəfər ölüb, 20-dək avtomobil yanaraq külə dönüb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraqın paytaxtı Bağdadda baş verən üç partlayış nəticəsində 20 nəfər ölüb.

Partlayışlardan ən güclüsü şəhərin qərb hissəsində, ticarət məhəlləsində törədilib. Burada 10 nəfər ölüb, 20-dək avtomobil yanaraq külə dönüb.

Daha 7 nəfər ev alıq-satqısı agentliyinin yanında baş verən partlayışda, 3 nəfər isə minalanmış avtomobilin partladılması nəticəsində ölüb.

Onlarla dinc sakinin yaralandığı bildirilir. Hələlik heç bir qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər