24 aprel 2015 - 06:28
ABŞ Yəmənə hücumla bağlı Səudiyyəyə dəstəyini davam etdirəcək

Ağ Ev sözçüsü Jen Psaki Səudiyyə tərəfindən atəşkəsin elan edilməsinə baxmayaraq, Yəmən və regionda qeyri-sabitliyin davam etdiyi üçün böhranın aradan qalxmadığını deyib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ağ Ev Yəmənə qarşı hücumlar barədə Səudiyyə Ərəbistanını dəstəkləməyə davam edəcəyini açıqlayıb

Ağ Ev sözçüsü Jen Psaki Səudiyyə tərəfindən atəşkəsin elan edilməsinə baxmayaraq, Yəmən və regionda qeyri-sabitliyin davam etdiyi üçün böhranın aradan qalxmadığını deyib.

Psaki, həmçinin Yəməndə hərbi variantın indiyə qədər böhranın həllinə kömək etmədiyini və böhranın yeganə həll yolunun diplomatik danışıqlar olduğunu bildirib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər