Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikası Nizam-İntizam Qüvvələrinin Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İran və Türkiyə sərhəd qüvvələri arasında "online" əlaqənin olmasından xəbər verib.
Briqada generalı Muyidi türkiyəli həmkarı ilə görüşünün kənarında jurnalistlərə verdiyi müsahibədə İran və Türkiyə arasındakı müştərək sərhədlərin uzun olmasına işarə edərək, deyib: Türkiyə polisi narkotiklərlə mübarizədə bizim aktiv şəriklərimizdəndir və narkotiklərin mütəşəkkil cinayətkarlıq hesab edilməsini nəzərə alaraq, bu nəhs fenomen ilə mübarizədə ölkələrin bir-biriləri ilə əməkdaşlıq etməli olduqlarına inanırıq.
Türkiyə polisinin narkotiklərlə mübarizə idarəsinin rəisi Orhan İzmir də narkotiklərin bütün ölkələr üçün təhlükə sayıldığına və ölkə sərhədlərindən kənarlara uzanan bir cinayət olduğuna işarə edərək, deyib: narkotik ölkələrin iqtisadiyyatı və gənc işçi qüvvəsini təhdid edir. Buna görə də biz ölkələrin narkotiklərlə mübarizədə əməkdaşlıq etməli və informasiya mübadiləsi aparmalı olduğunu düşünürük. Elə bu məqsədlə narkotiklərlə mübarizə sahəsində İran ilə yaxın əməkdaşlığa malik olmağa çalışmışıq.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır