18 aprel 2015 - 20:24
Şəhid İzzuddin Qəssam adına Briqada pilotsuz “Əbabil” təyyarəsini nümayiş etdirdi – Foto

İzzuddin Qəssam Briqadası pilotsuz təyyarə ilə bağlı verdikləri açıqlamalarında bildiriblər: “Əbabil pilotsuz təyyarəsi 1948 ci ildə yəhudilər tərəfindən rəsmən işğal olunmuş Fələstin torpaqlarında bir çox sayda əməliyyatlar həyata keçirib. Belə ki, əməliyyatlardan biri də, məhz işğalçı sionist rejimin müharibə nazirliyi binası üzərində uçuşlar olub.”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Həmas İslam Müqavimət Təşkilatının hərbi qanadı Şəhid İzuddin Qəssam Briqadası ötən gecə, Əbabil pilotsuz təyyarənin maketini Qəzzə Zolağının Əl Şucaiyyə məhəlləsində nümayiş etdirib.

Pilotsuz təyyarənin açılış mərasimində Həmas Təşkilatının siyasi şöbəsinin üzvü Doktor Xəlil Əl Həyyə olmaqla bu təşkilatın hərbi və siyasi rəhbərləri iştirak ediblər.

Mərasim yəhudi cinayətkarları tərəfindən terror edilən Doktor Əbdül Əziz Rentisinin Şəhadətinin 11-ci il ildönümündə keçirilib.

Mərasimlə yanaşı İzuddin Qəssam Briqadası Əl Şucaiyyə məhəlləsində hərbi parad keçirərək Qüdsü işğal etmiş israil rejimin təşvişə düşməsinə səbəb olub.

Qeyd edək ki, yəhudi rejimi sonuncu Qəzzə müharibəsində İzuddin Qəssam Briqadasının israilin ən müasir və son təlimlər dövrəsi görmüş Golan Briqadasından qat qat üstün olduğuna etiraf etmişdir.

İzzuddin Qəssam Briqadası pilotsuz təyyarə ilə bağlı verdikləri açıqlamalarında bildiriblər: “Əbabil pilotsuz təyyarəsi 1948 ci ildə yəhudilər tərəfindən rəsmən işğal olunmuş Fələstin torpaqlarında bir çox sayda əməliyyatlar həyata keçirib. Belə ki, əməliyyatlardan biri də, məhz işğalçı sionist rejimin müharibə nazirliyi binası üzərində uçuşlar olub.”

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər