Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, daim dünya xalqlarının daxili işlərinə qarışan imperialist ABŞ ordusunun 173-cü briqadasının 300 paraşütçüləri Ukrayna hərbçilərinə hərbi təlimlər keçmək bəhanisi ilə, bu ölkə ərazisinə endirilib.
Komandanlıq və Şəxsi Heyətinə keçiriləcək təlimlər 20 aprel, 2015 tarixdə, Ukraniyanın Hetman Pyotr Saqaydaç adına Quru qüvvələr Akademiyasının Sülhyaratma və Təhlükəsizlik Beynəlxalq Mərkəzində keçiriləcək rəsmi açılış mərasimində başlayacaq.
Hərbi təlimlərdə Ukrayna tərəfindən 900 hərbiçi olmaqla o cümlədən, "Azov", " Kulçiçko adına Tabur", "Yaquar", "Omeqa" və həmçinin Kiyev, Xarkov, Zaparoji, Odessa, Lvov, İvano-Frankovsk və Vinnitsa şəhərlərinin digər hərbi hissələri də iştirak edəcək.
Məlumata görə, birinci 8 həftə ərzində üç axın seminarlar təşkil olunacaq, daha sonra birgə təlimlər başlayacaq. Hərbi təlimlərin sonunda isə, amerikalılar Ukrayna tərəfdaşlarını xüsusi sursat və rabitə avadanlıqları ilə təmin edəcəklər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır