14 aprel 2015 - 14:04
General Purdəstan: Regionun bütün hərəkətləri izlənilir

, İran İslam Respublikası ordusu Quru Qoşunları komandanı deyib: Düşmənlərin təkcə sərhədlərdə deyil, sərhədlərdən kənar, regionda və regiondan kənar bütün hərəkətləri izlənilir.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikası ordusu Quru Qoşunları komandanı deyib: Düşmənlərin təkcə sərhədlərdə deyil, sərhədlərdən kənar, regionda və regiondan kənar bütün hərəkətləri izlənilir.

 General-mayor Əhməd Rza Purdəstan çərşənbə axşamı günü Quru Qoşunların müştərək səhər mərasimində İran İslam Respublikası ordusunu regionun ən güclü və ən iqtidarlı ordusu adlandırıb və deyib: Ordu heç vaxt qəflətə düşməyəcək və düşmənlərin bütün hərəkətləri müdafiə ekspertləri tərəfindən izlənilir və təhlil olunur.

General Purdəstan hazırda hədələrin mahiyyətinin dəyişdiyini və silahlı qüvvələrin də bu hədələr qarşısında münasib şəkildə hazırlandıqlarını bəyan edərək bildirib: Silahlı qüvvələr, xüsusilə də orduda müdafiə potensialları yüksəlmiş və İran İslam Respublikası ordusu regionun ən güclü və ən iqtidarlı ordusudur.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər