14 aprel 2015 - 01:23
​İraqda partlayışlar nəticəsində 7 nəfər ölüb

Polisin məlumatına görə, paytaxtın Əl-Aləm rayonunda yol kənarına yerləşdirilən bomba işə düşüb. Nəticədə 4 nəfər ölüb, 14 nəfər yaralanıb

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraqın paytaxtı Bağdad şəhərində baş verən partlayışlar nəticəsində 7 nəfər ölüb, 33 nəfər yaralanıb

                              Polisin məlumatına görə, paytaxtın Əl-Aləm rayonunda yol kənarına yerləşdirilən bomba işə düşüb. Nəticədə 4 nəfər ölüb, 14 nəfər yaralanıb

Taci rayonunda partlayış zamanı 2 nəfər ölüb, altı nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Paytaxtın mərkəzi hissəsində törədilən partlayış 1 nəfərin həyatına son qoyub, yeddi nəfər yaralanıb.

Diyala körpüsü yaxınlığında bombanın partlaması zamanı 5 nəfər xəsarət alıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags