11 aprel 2015 - 13:26
 İran İraqa qaz ixrac etməyə hazırdır

İran Qaz İxracatı Milli Şirkətinin sərəncamçı müdiri İranın İraqa qaz ixrac etməyə hazır olduğunu bildirib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İran Qaz İxracatı Milli Şirkətinin sərəncamçı müdiri İranın İraqa qaz ixrac etməyə hazır olduğunu bildirib

İran Qaz İxracatı Milli Şirkətinin sərəncamçı müdiri Əlireza Kameli Neft və Enerji İnformasiya Şəbəkəsi(ŞANA) ilə müsahibədə qaz ixracatı barədə İran Qaz İxracatı Milli Şirkəti ilə Qaz Milli Şirkəti arasındakı qənaətbəxş anlaşmaya toxunaraq, deyib: İran və İraqın səyi budur ki, İraqa qaz ixracatı tez bir zamanda icra olunsun.

Kameli İrandan İraqa qaz ixracatının Bağdad və Bəsrəyə şamil olacağını qeyd edərək, əlavə edib: Bağdada qaz ixracatı gündə dörd milyon kubmetr həcmlə başlanacaq və gündə 35 milyon kubmetrədək artacaq.

İran Bəsrəyə qaz ixracatı da gündə beş milyon kubmetr həcmlə başlanaraq, nəhayət gündə 30 milyon kubmetrə çatacaq.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər