Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ötən gecə İngiltərənin qərb nahiyyəsində yerləşən Midlənd bölgəsinin Bermenqam şəhərində, Metroplin məntəqəsindəki Məscid dağılıb.
Volford xiyabanında yerləşən Məscidin dağılma səbəbi hələlik məlum deyil.
Hal şahidlərinin bildirdiyinə görə, qeyd olunan Məscid yerli vaxtla 23:30 radələrində viran olub. Hadisə baş verdikdən sonra təcili sürətdə Fövqalədə Hallar Nazirliyinin əməkdsaşları hadisə yerinə gəliblər. Polis və Yanğın Söndürənlər təlim görmüş itlərin köməkliyi ilə, xarabalıq altında axtarış işlərinə başlayıblar.
Bu zaman Birmenqam polisi bəyanat yayımlayaraq baş verən hadisənin polisə heç bir adiatı olmadığını və polisin bu işə qatılmayacağını elan edib.
Hələlik hadsə ilə bağlı hər hansı bir şəxsin ölüm və ya yaralanması haqda xəbəri verilməyib.






Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır