Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İngiltərənin "The Guardian" qəzeti Netanyahunun nüvə bəyanatına reaksiyasından yazıb
İngiltərənin "The Guardian" qəzeti Lozanna nüvə bəyanatının illərdir İran əleyhinə hay-küy qoparan amerikalı şahinləri və Netanyahunu narahat etdiyini yazıb.
Qəzet bu müqaviləyə görə, İranın nüvə proqramına bəzi məhdudiyyətlər gətirildiyini, həm də müqavilə sayəsində artıq Yaxın Şərqdə yeni müharibənin baş verməyəcəyini vurğulayıb. İngilis qəzeti həmçinin, sionist İsrail rejiminin Baş naziri Netanyahunun 23 ildir ki, davamlı olaraq "İran nüvə silahı istehsal astanasındadır",- dediyini, lakin indi bu şişirdilmiş sözlərə inanmağın çətin olduğunu, hətta xüsusi xidmət orqanlarının da Netanyahunun sözlərini təsdiq etmədiyini qeyd edib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır