3 aprel 2015 - 10:01
Rəsmi Bakı “Böyük altılıq”la İran arasındakı razılaşmanı alqışladı

Azərbaycan Xarici İşlər Nazirliyi “Böyük altılıq”la İran arasında nüvə proqramı ilə bağlı əldə edilən razılaşmanı alqışlayıb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycan Xarici İşlər Nazirliyi “Böyük altılıq”la İran arasında nüvə proqramı ilə bağlı əldə edilən razılaşmanı alqışlayıb.

XİN mətbuat xidmətindən FaktXəbər-ə daxil olan bəyanatda bildirilir ki, bu siyasi çərçivənin region və onun hüdudlarından kənarda sülh, təhlükəsizlik və sabitliyin inkişafı üçün imkan yaradacağına inanırıq: “Azərbaycan Respublikası BMT nizamnaməsi və beynəlxalq hüququn norma və prinsipləri əsasında konstruktiv və xoşməramlı şəkildə beynəlxalq məsələlərin həllinə dair beynəlxalq ictimaiyyətin səylərini və siyasi iradəsini dəstəkləyir”.

Qeyd edək ki, “tarixi anlaşma”ya qonşu Türkiyədən də reaksiya gəlib. Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu razılaşmaya müsbət yanaşdıqlarını ifadə edib: “Bu razılaşmanın əldə edilməsindən xoşbəxtik”.

Xatırladaq ki, İranla “altılıq” ölkələri arasında əldə edilən razılaşmaya əsasən, İran nüvə obyektlərinin fəaliyyətini dayandıracaq, əvəzində ABŞ və Aİ-nın bu ölkəyə tətbiq etdiyi sanksiyalar ləğv ediləcək.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər