Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Kəbə İmamı şiəliyə qarşı müharibə çağırışı etdi
Sudeysi Əhli-sünnəni şiəliyə qarşı müharibə etməyə çağırdı
Sosial mediada yayılan bir videoda Kəbə imamı Sudeysi, oxuduğu xütbədə şiəliklə sünnilik arasında amansız bir inanc savaşı olduğunu vurğulayır və hər kəsi şiəliyə qarşı müharibə etməyə dəvət edir.
Kəbə imamı Sudeysi, adı çəkilən videoyazıda Əhli-sünnəyə xibabən belə deyir: "Artıq şuar deməyi buraxın və şiələrə qarşı müharibəyə hazırlanın".
Məscidi Haramın İmamı Əbdurrəhman Sudeysi sözlərinə belə davam edir. "Ərəb ölkələri arasında yaradılan koalisiya Əhli Sünnə ilə Şiəlik arasında başlanmış bir cür məzhəb savaşıdır. Hər kəs bunu belə bilməli və belə təyin etməlidir! Medianı, qəzetləri və mətbuata əks olunan təbliğatları bir kənara buraxıb, özünüzü gerçək bir döyüşə hazırlayın. Şiəliyin yayılmasının qarşısını almaq üçün gücünüzü göstərin!"
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır