26 mart 2015 - 11:17
Kabildə şiələr yaşayan bölgədə partlayış, ölənlər var

Əfqanıstanın paytaxtı Kabildə şiələrin məskunlaşdığı bölgədə avtomobil partladılıb. 8 nəfər ölüb, 31 nəfər yaralanıb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Əfqanıstanın paytaxtı Kabildə şiələrin məskunlaşdığı bölgədə avtomobil partladılıb. 8 nəfər ölüb, 31 nəfər yaralanıb.

Partlayış Kabilin Muradxani bölgəsində yerli vaxtla bu gün günortadan sonra 16:30 -da baş verib.

Ölənlər arasında 3 qadın və bir uşaqda var. Hadisə zamanı ölən və yaralananların hamısı dinc sakinlərdir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər