Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Fransanın cənubunda qəzaya uğramış təyyarənin göyərtəsində 142 sərnişin və 6 ekipaj üzvü olub.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, insident Yuxarı Provansın Alp departamentində baş verib.
Qəzaya uğramış "Airbus" təyyarəsi Barselonadan Düsseldorfa istiqamət almışdı.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, Fransada "Germanwings" şirkətinin qəzaya uğramış A320 təyyarəsinin göyərtəsində əsasən Almaniya vətəndaşları olublar.
Son məlumata görə, təyyarədə 142 sərnişin, 8 ekipaj üzvü olub.
Çox güman ki, Fransanın cənubunda A 320 təyyarəsinin qəzaya uğraması nəticəsində sağ qalan yoxdur. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bunu Fransa Prezidenti Fransua Olland deyib.
Onun sözlərinə əsasən, qalıqların vəziyyəti deməyə əsas verir ki, qəza nəticəsində heç kəs sağ qalmayıb: "Təyyarə dağlıq əraizdə qəzaya uğrayıb".
Təyyarə qəzaya uğramazdan əvvəl fəlakət siqnalı ötürüb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır