22 mart 2015 - 08:29
 Ruhani: Danışıqlar tezliklə bərpa olunacaq

İran prezidenti Həsən Ruhani dünən bildiib ki, İranın nüvə proqramı barədə danışıqlar yeni iranlı ilinin başlanması səbəbindən yaranmış fasilədən bir neçə gün sonra bərpa olunacaq.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İran prezidenti Həsən Ruhani dünən bildiib ki, İranın nüvə proqramı barədə danışıqlar yeni iranlı ilinin başlanması səbəbindən yaranmış fasilədən bir neçə gün sonra bərpa olunacaq.

Sin Xua Tehrandan verdiyi bir xəbərdə yazıb: Ruhani Twitter-dəki səhifəsində yazıb: Müzakirələrdə yekun addımlar həmişə ən çətin addımlardır, zira hər iki tərəf uduş-uduş nəticəsinə çatmaq üçün saziş etməlidir.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də ABŞ dövlət katibi ilə danışıqlardan sonra cümə günü bildirdi ki, Qərb ölkələri bu barədə qərar çıxarmalıdırlar ki, İrana qarşı təzyiqləri davam etdirsinlər, yaxud bu ölkə ilə razılığa çatsınlar.

İngiltərənin xarici işlər naziri üç Avropa ölkəsinin xarici işlər nazirləri və Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsinin İranla nüvə müzakirələrinin son turunun bərpası zamanı daha artıq koordinasiya üçün Con Kerri ilə iclasını qənaətbəxş adlandırdı.

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini də belə vurğuladı: Müzakirələr həssas etapa çatıb və İranla nüvə müzakirələrində əsas sahələrdə mühüm irəliləyişlər əldə olunub, lakin hələ mühüm məsələlər qalır ki, bu anadək onların barəsində heç bir razılıq olmayıbdır.

O, əlavə edib: Hərçənd biz İranla pis razılaşmaya çatmağa tələsmirik, amma hazırda əsaslı qərarların çıxarılması zamanı gəlib çatıbdır.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər