Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bjezinski Rusiyanın atom silahının Krımda yerləşdirilməsi imkanı haqda xəbərdarlıq edib
Amerikanın keçmiş milli təhlükəsizlik müşaviri Rusiyanın nüvə təsisatlarının bir il bundan qabaq Rusiya ərazisinə qatılmış Krımda yerləşdirilməsi imkanı haqda xəbərdarlıq edib.
Ukraynanın Uniyan dövlət xəbər agentliyinin məlumatına görə, Amerikanın keçmiş milli təhlükəsizlik müşaviri Zbiqnev Bjezinski bu gün deyib: Heç bir addım Rusiyanın atom silahlarının Krımda yerləşdirilməsinə mane ola bilməz. O, qeyd edib ki, əgər ruslar öz nüvə silahlarını Krımda yerləşdirnək qərarına gələrlərsə, bu sahədə heç bir qanuni qadağan mövcud deyildir.
Amerikanın keçmiş milli təhlükəsizlik müşaviri əlavə edib: Krımda nüvə silahının olub-olmaması hərbi cəhətədn təyinedici deyil. Məni nigaran edən məsələ, Putinin və Rusiya rəsmilərnin qəsdən Qərb ilə nüvə təhdidini birbaşa və ya dolayısı ilə demələridir.
Amerikalı ekspert qeyd edibdir ki, Rusiya barəsində düşünülmüş bir siyasət yürüdülməli və bu yolla Moskva qane edilməlidir ki, qırmızı xətti keçmək bu ölkəyə baha başa gələcək.
Amerikanın keçmiş milli təhlükəsizlik müşaviri xəbərdarlıq edib ki, Rusiya dövlətinin hərəkətləri ola bilsin, Ukrayna iqtisadiyyatının dağılmasına səbəb olmuş olsun.
Son bir ildə Rusiya müxtəlif modern silahlar, o cümldən S-300 HHM raketi, Suxoy-30 qırıcılarını Krımda yerləşdirib və yaxın gələcəkdə də bu məntəqədə Tu-22 strateji qırıcı-bombardmançıları bu məntəqədə yerləşdiriləcək.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır