Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İŞİD öz tərəfdarlarından 100 amerikan hərbçini öldürmələrini istəyib
Röyters-in məlumatına görə, terrorçu İŞİD qruplaşması amerikan hərbçi olduğunu iddia etdiyi 100 nəfərin foto-şəkilini ünvanları ilə birgə interrnetdə yayıb və Amerikadakı tərəfdarlarından istəyib ki, bu şəxsləri qətlə yetirsinlər.
Məlumata görə, Pentaqon bildirib ki, bu məlumatın internetdə yayılmasından dərhal sonra bu iddia barədə araşdırma başlanıb.
Terrorçu İŞİD qruplaşması bəzi saytlarda iddia edib ki, amerikan hərbçilərin şəxsiyyət vəsiqələri, işləri və internet müraciətlərini əldə edib və onlardan yüz nəfərin informasiyasını yayıbdır ki, fərdi hücumları həyata keçirənlər bu şəxsləri qətlə yetirə bilsinlər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır