20 mart 2015 - 15:33
 İnqilab Rəhbəri Ruhaniyə başsağlığı verdilər

İslam İnqilabının Böyük Rəhbəri İran prezidenti Həsən Ruhaninin anasının vəfatı ilə bağlı ona başsağlığı veriblər.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İslam İnqilabının Böyük Rəhbəri İran prezidenti Həsən Ruhaninin anasının vəfatı ilə bağlı ona başsağlığı veriblər

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei cümə günü bir müraciətdə İran İslam Respublikası prezidentinin anasının vəfat etməsi ilə bağlı ona və o mərhumənin yaxınlarına başsağlığı verib və onlara səbir diləyiblər.

İslam İnqilabının Böyük Rəhbəri o mərhumə üçün Allah-Taaladan bağışlanma və rəhmət diləyiblər.

İran İslam Respublikası prezidenti Həsən Ruhaninin 90 yaşlı anası xanım Səkinə Peyvəndi bir müddət öncə Tehranın Milad xəstəxanasına yatırılmışdı. O, bu gün səhər saat 07:30-dəqiədə xəstəlik və yaşının yuxarı olması səbəbindən dünyasını dəyişib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər