16 mart 2015 - 17:00
 Səlahəddin İraq qüvvələrinin nəzarətində

İraq daxili işlər naziri deyib: Səlahəddin vilayətinin bütün şəhərləri İraq qüvvələrinin nəzarətindədir.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İraq daxili işlər naziri deyib: Səlahəddin vilayətinin bütün şəhərləri İraq qüvvələrinin nəzarətindədir

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İraq daxili işlər naziri Məhəmməd Əl-Qəban Əl-Aləm müxbirinə deyib: İraq qüvvələri Tikriti tam mühasirəyə alıblar, hücum etmək üçün tam hazırlığa malikdirlər və xüsusi strategiyanı izləyirlər.

Məlumata görə, hazırda Səlahəddin vilayətinin bütün şəhərləri İraq qüvvələrinin nəzarətindədir. Tikritin daxilində də bir neçə silahlı qrup var ki, o qədər də silahları yoxdur və İraq qüvvələri ilə qarşılaşmaq iqtidarında deyillər.

Bu məlumata əsasən, silahlı şəxslər diqqətlərini daha çox kamikadzelər tərəfindən azad olunan məntəqələrə göndərilən bombalara cəmləyiblər.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər