16 mart 2015 - 16:54
Azərbaycan Avropada ikinci ən böyük silah idxalçısıdır

Bu barədə Stokholm Dünya Problemləri Araşdırmaları İnstitutunun dərc etdiyi "Beynəlxalq silah transferində trendlər-2014" adlı hesabatında deyilir.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycan Avropada əsas silah növlərinin ikinci ən böyük idxalçısıdır

Bu barədə Stokholm Dünya Problemləri Araşdırmaları İnstitutunun dərc etdiyi "Beynəlxalq silah transferində trendlər-2014" adlı hesabatında deyilir.

Hesabatda dünyanın bir sıra regionlarında 2010-2014-cü il və 2005-2009-cu illər ərzində silah idxalı və ixracı üzrə məlumatların müqayisəli təhlili əks olunub.

Hesabatda qeyd olunur ki, son 5 il ərzində Avropaya silah idxalı 2005-2009-cu illərlə müqayisədə 36% azalıb. Böyük Britaniya əsas silah növlərinin ən iri idxalatçısıdır, Avropada silah idxalının 14%-i bu ölkənin payına düşür. Azərbaycan II yeri tutur (13%).

2005-2009-cu illərlə müqayisədə 2010-2014-cü illərdə Azərbaycana silahların idxalı 249% artıb.

Verilən məlumata əsasən, Azərbaycana silah idxalının təxminən 85%-i Rusiyanın payına düşür.

Ermənistan tərəfinin silah idxalı Azərbaycanın idxal etdiyi həcmin 4%-ini təşkil edir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər