16 mart 2015 - 12:10
Zərif və Kerri Lozanda görüşdü

Səhər Beynəlxalq Televiziyasının verdiyi məlumata görə, ötən görüşlərdəki kimi bu görüşdə İran Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi, ABŞ energetika naziri Ernest Muniz, iki ölkə xarici siyasət idarəsi rəhbərlərinin müavinləri və ekspertlər də iştirak edirlər.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran xarici işlər naziri və ABŞ dövlət katibinin görüşü Lozan şəhərinin Briv otelində başlanıb

Səhər Beynəlxalq Televiziyasının verdiyi məlumata görə, ötən görüşlərdəki kimi bu görüşdə İran Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi, ABŞ energetika naziri Ernest Muniz, iki ölkə xarici siyasət idarəsi rəhbərlərinin müavinləri və ekspertlər də iştirak edirlər.

Bu görüşün iş proqramı barəsində məlumat verilməsə də, bildirildiyinə görə, Zərif və Kerrinin iştirakı ilə ötən günkü texniki müzakirələr araşdırılacaq və sanksiyaların ləğvi barədə danışıqlar aparılacaq. Öncədən elan olunan görüş Con Kerrinin iclasa gec çatmasına görə ləğv edilmiş və bu gün səhərə saxlanılmışdır. Məhəmməd Cavad Zərif bu iclas sona çatdıqdan sonra xanım Federika Mogerininin dəvəti ilə Almaniya, İngiltərə və Fransa xarici işlər nazirləri ilə nüvə müzakirələrinin barəsində danışıqlar aparmaq üçün bir neçə saatlığa Brüsselə səfər edəcək. Ötən gecə texniki müzakirələr sona çatdıqdan sonra bəzi dairələr bildirdilər ki, iki tərəf texniki məsələlərdə yeni nailiyyətləri əldə ediblər. İranın Atom Enerjisi Təşkilatı sədrinin ABŞ-ın energetika naziri ilə texniki nüvə məsələləri barədə danışıqları ötən gecə İsveçrənin Lozan şəhərində sona çatdı. Bu iclasın əvvəlində İran xarici işlər nazirini müavinləri Seyid Abbas İraqçı və Məcid Təxt Rəvançi, ABŞ dövlət katibinin müavini Vendi Şerman və iki tərəfin ekspertləri də iştirak etdilər və Salehi və Munizin ikitərəfli danışıqlarından sonra İraqçı, Rəvançi və Şerman və ekspertlərin ayrı-ayrılıqda iclasları keçirildi. Artıq bu üçüncü dəfədir ki, Salehi və Muniz nüvə müzakirələrində iştirak edirlər.

İran xarici işlər nazirinin müavini Seyid Abbas İraqçı İRİB müxbiri ilə müsahibədə deyib: Biz anlaşmaya bir paket kimi baxırıq. Bu paketə bütün məsələlər detalları ilə daxil olmalıdır.

İraqçı əlavə edib: İran və 5+1 Qrupu arasında istənilən anlaşma Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməlidir. Bu anlaşma Təhlükəsizlik Şurası tərəfindən təsdiqləndiyi zaman, beynəlxalq hüquq baxımından bütün dövlətlər üçün icrası zəruri hesab olunacaq.

Amerikanın 47 respublikaçı senatoru açıq məktubu imzalayaraq iddia ediblər ki, ehtimal olunan nüvə anlaşması yalnız Obamanın prezidentliyinin sonuna qədər etibarlı olacaq. Bu məktubun yayımlanması ardınca, müxtəlif ölkələrin bir çox rəsmisi ona reaksiya verib. Belə ki, hətta ABŞ prezidenti Barak Obama bildirib ki, İrana ünvanlanan nüvə anlaşması ilə əlaqədar məktubu imzalayan respublikaçı senatorların hərəkətindən utandım.

Bildirildiyinə görə, Lozan şəhərində məsləhətləşmələr 20 marta qədər davam edəcək.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər