16 mart 2015 - 02:05
İŞİD dəhşətləri: Yeni məzarlıqlar tapıldı

İraqın Samarra şəhərinin cənub-şərqində intiharçı bomba partlayışı nəticəsində üç nəfər həlak olub.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraqın Samarra şəhərinin cənub-şərqində intiharçı bomba partlayışı nəticəsində üç nəfər həlak olub

Başqa şəhərlərdə də ISID yaraqlıları tərəfindən törədilmiş yeni zorakılıqlar barədə məlumatlar əldə edilib. İraqın şimalındakı Kərkük ətrafında, türkmən şəhəri Bəşirdə 50-dək meyit aşkarlanıb.

Bundan əlavə Tikritin şərqində yerləşən Əbu Əcil qəsəbəsi yaxınlığında üç kütləvi məzarlıq tapılıb.

Hazırda cəsədlərin ötən iyunda edam olunmuş İraq əsgərlərin aid olub-olmadığı yoxlanır.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər